"Peyvənd kampaniyası sentyabrın əvvəlində başlamalıdır" Tanınmış professor


Dünya 05 Avq 2020 23:57:00 181 0

"Peyvənd kampaniyası sentyabrın əvvəlində başlamalıdır"  Tanınmış professor

Rusiya Səhiyyə Nazirliyinin infeksion xəstəliklər üzrə baş mütəxəssisi, Seçenov Universitetinin professoru Vladimir Çulanov açıqlamasında "Qripə qarşı təcili olaraq peyvənd vurdurmaq lazımdırmı" sualına cavab verib.

Son.az xəbər verir ki, ekspert qrip peyvəndlərinin əhəmiyyətini vurğulayıb. O hesab edir ki, qrip əleyhinə peyvənd vurulmalıdır, xüsusən bədən soyuq havanın başlaması ilə zəifləməyə başlayanda.

"Bu il peyvənd kampaniyası sentyabrın əvvəlində başlamalıdır. Qrip peyvəndlərinin koronavirus infeksiyasının növbəti dalğasının qarşısının alınmasında effektivliyi sübut olunmayıb. Lakin tamamilə istisna edilə bilməz", - mütəxəssis çıxışında qeyd edib. (publika.az)