Ermənistanda Rusiya telekanallarının yayımı qadağan edilib


Dünya 05 Avq 2020 22:08:00 179 0

Ermənistanda Rusiya telekanallarının yayımı qadağan edilib

Ermənistan prezidenti Armen Sarkisyan "Audiovizual media" haqqında qanunu imzalayıb.

Son.az APA-ya istinadən xəbər verir ki, bu barədə Ermənistan prezidentinin saytı məlumat yayıb.

Qanun xarici dildə fəaliyyət göstərən telekanalların, o cümlədən Rusiya telekanalların ölkə ərazisində açıq yayımını qadağan edir. Bundan sonra Ermənistanda xarici TV-lər pullu paketdə yayımlanacaq.  

Ermənistan ərazisində yalnız "Mir" telekanalının açıq yayımına icazə verilib.