Son sutkada Özbəkistanda koronavirusa 764 nəfər yoluxub


Dünya 05 Avq 2020 20:35:00 120 0

Son sutkada Özbəkistanda koronavirusa 764 nəfər yoluxub

Son 24 saat ərzində Özbəkistanda COVID-19 koronavirusuna 764 nəfər yoluxub, ölkə üzrə yoluxanların sayı 27 min 314 nəfərə çatıb.

Yeni yoluxma halları Özbəkistanın 11 regionunda qeydə alınıb.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, son gündə virusdan 6 xəstə ölüb və bu səbəbdən həyatını itirənlərin sayı 165 nəfərə çatıb.

Xəstəxanalarda 9 min 96 nəfərin olduğu bildirilir. Onların 614-nün vəziyyəti ağır, 208-nin isə kritikdir.