"Azərbaycan kinosunu 1970ci illərdəki səviyyədə görmək istəyərdim"


Şou-biznes 05 Avq 2020 17:46:00 179 0

"Azərbaycan kinosunu 1970ci illərdəki səviyyədə görmək istəyərdim"

"Televiziyada görünməyə həvəsim yoxdur. Hər zaman teatrda işləmişəm. Televiziyaya yeni tamaşa, obrazla çıxmaq istəyərdim. Hansısa verilişdə oturub söhbət etməyə həvəsim yoxdur".

Son.az axşam.az-a istinadən bildirir ki, bu sözləri Xalq artisti Valeh Kərimov "Kinomən" proqramında qonaq olarkən deyib. Aktyor efirlərə çıxmaq istəmədiyini etiraf edib.

"Bəxt üzüyü" filmindəki Moşu Göyəzənli obrazı ilə məşhurlaşan aktyor bildirib ki, yeni işləri olmadığı üçün efirlərdən qaçır:

"Bir obrazı oynadın bitdi. Gərək yeni nəsə oynayasan ki, efirdə gəlib danışasan. Azərbaycan kinosunu 1970-1980-ci illər səviyyəsində görmək istəyirəm. Onda yüksək səviyyəli filmlər istehsal olunur, tanınırdı. "Ögey ana", "Nəsimi", "Böyük dayaq" səviyyəsində filmlər görmək istərdim.

Gənc rejissorlar film çəkir. Onları kino hesab etmirəm. Neçə dəfə təklif gəlib, razılaşmamışam. Deyirəm, ssenarini verin mənə oxuyum. Qayıdırlar ki, hələ yoxdu düzəldəcəyik. Biz belə görməmişik, ssenari verilib oxumuşuq. Bilmişik ki, nə baş verəcək. İndi rejissorlar deyəcək ki, onu çəkmirik deyə, bizi pisləyir".