Kompüter siçanının yaradıcısı öldü


Dünya 05 Avq 2020 17:06:00 138 0

Kompüter siçanının yaradıcısı öldü

Kompüter siçanının yaradıcılarından biri olan Vilyam İnqliş ABŞ-da 91 yaşında vəfat edib.

Son.az oxu.az-a istinadən xəbər verir ki, onun ölümünə tənəffüs çatışmazlığı səbəb olub.

V.İnqliş 1929-cu ildə Kentukki ştatının Leksinqton şəhərində doğulub. Onun atası kömür mədənlərində elektrik mühəndisi, anası isə evdar qadın olub. Arizonada internat məktəbində oxuyan ixtiraçı sonradan Kentuki Universitetində elektrik mühəndisliyi təhsili alıb.

1964-cü ildə İnqliş Duqlas Engelbartın laboratoriyasında ilk dəfə kompüter siçanını yaradan işçilərindən biri olub.