Ramin Bayramlıdan COVİD19 xəstələri ilə bağlı AÇIQLAMA


Digərləri 05 Avq 2020 15:47:00 172 0

Ramin Bayramlıdan COVİD19 xəstələri ilə bağlı AÇIQLAMA

Koronavirus xəstələrinin müalicəsi üçün xəstəxanalarda əlavə çarpayıların ayrılması hesabına biz yerlərlə bağlı ehtiyatlarımızın hamısını istifadə etməmişik.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) sədri Ramin Bayramlı deyib.

Azərbaycanda koronavirusla mübarizə istiqamətində görülən işlərin Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən yüsək qiymətləndirildiyini deyən R.Bayramlı bildirib ki, COVİD-19 xəstələri üçün ayrılmış xəstəxanaların sayı 46-ya çatdırılıb. Onların arasında hər biri 200 çarpayı olmaqla, 10 modul tipli xəstəxana var.