AzərbaycanTürkiyə birgə genişmiqyaslı təlimləri


Digərləri 05 Avq 2020 15:22:00 157 0

AzərbaycanTürkiyə birgə genişmiqyaslı təlimləri

Ölkəmizdə keçirilən Azərbaycan-Türkiyə birgə genişmiqyaslı döyüş atışlı taktiki təlimlərinin növbəti mərhələsi icra olunub.

Müdafiə Nazirliyindən Son.az-a verilən məlumata görə, təlimlərin bu mərhələsində bölmələr silah və zirehli texnikanın tətbiqi ilə müxtəlif relyefli ərazilərdən keçməklə əks-hücum əməliyyatının təşkili və keçirilməsi, şərti düşmənin canlı qüvvəsi və döyüş texnikasına qabaqlayıcı zərbələrin endirilməsi və strateji cəhətdən əlverişli rayon və hədlərin azad edilməsi üzrə təlim-döyüş tapşırıqlarını yerinə yetiriblər. Bölmələr döyüş düzülüşünün digər elementləri ilə qarşılıqlı əlaqədə yüksək peşəkarlıq nümayiş etdirərək qarşıya qoyulmuş tapşırıqları uğurla icra ediblər.