uBankdan yeni imkan: Sizə "Contact" ilə göndərilən pulu banka getmədən alın!


Digərləri 05 Avq 2020 15:29:00 137 0

uBankdan yeni imkan: Sizə "Contact" ilə göndərilən pulu banka getmədən alın!

Xaricdən sizə göndərilən pulu banka getmədən, olduğunuz yerdə və cəmi bir neçə saniyə ərzində həm də istədiyiniz bank kartınıza və hesabınıza faizsiz qəbul edin. Bu imkanı sizə "Unibank"ın mobil əlavəsi olan uBank yaradıb. İndi uBank-da "Contact" pulköçürmə sistemi vasitəsi ilə siz pul köçürməklə yanaşı, Azərbaycan, MDB və Avropa ölkələrindən vəsait də qəbul edə bilərsiniz.

uBank-da "Contact" pulköçürmə sistemi sizə bu imkanları yaradır:

Banka getmədən, növbələrdə vaxt itirmədən pul köçürmək və gələn vəsaitin faiz tutulmadan qəbulu; Kartınıza və ya hesabınıza köçürülən  pulun saniyələr ərzində sizə çatması; Yalnız köçürmə kodu ilə və banka yaxınlaşmadan 24/7 vəsaiti almaq; Azərbaycan, MDB və Avropa ölkələrindən vəsaitin qəbulu; Bütün bank kartlarınıza və cari hesablarınıza mədaxilin mümkünlüyü; Sizə göndərilən vəsaiti AZN, USD, EUR və RUB valyutasında almaq; Üstəlik bonus qazanmaq imkanı.

Azərbaycanın ən çox istifadə edilən mobil bank əlavələrindən biri olan uBank istifadəçilərinin sayı artıq 700 minə yaxınlaşıb. Mobil əlavə müştəriyə banka gəlmədən əksər bank məhsul və xidmətlərindən 24/7 istifadə imkanı verir. Hətta Unibank müştərisi olmayanlar da, bu mobil tətbiqdən rahatlıqla istifadə edə bilirlər. uBank İOS və Android platformalarında işləyir. "Unibank"ın mobil bank xidmətini öz smartfonunuza və planşetinizə asanlıqla yükləyə bilərsiniz. Tətbiq haqda daha geniş məlumatı saytdan (https://unibank.az/az/umobile/index) öyrənə bilərsiniz.

uBank- bankdan daha yaxın!