Baş Prokurorluqdan Firudin Nəbiyevin oğlu ilə bağlı açıqlama


Digərləri 05 Avq 2020 14:42:33 163 0

Baş Prokurorluqdan Firudin Nəbiyevin oğlu ilə bağlı açıqlama

Baş Prokurorluq Dövlət Miqrasiya Xidmətinin sabiq rəisi, general-leytenant Firudin Nəbiyevin oğluna yüksək vəzifə verilməsi ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib. 

Baş Prokurorluğun Mətbuat xidmətindən Son.az-a bildirilib ki, Nəbili Orxan Firudin oğlu 05.08.2016-cı il tarixdən Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Əməliyyat idarəsinin mühüm işlər üzrə əməliyyatçısı vəzifəsində çalışır. 

Qeyd edək ki, bəzi KİV-də Baş prokuror Kamran Əliyevin mərhum generalın oğluna yüksək vəzifə verməsi ilə bağlı xəbərlər yayılıb.

Xatırladaq ki, F.Nəbiyev avqustun 3-də Türkiyədə vəfat edib.