"Almaniya koronavirus pandemiyasının ikinci dalğasının başlanğıcındadır"


Dünya 05 Avq 2020 14:21:00 123 0

"Almaniya koronavirus pandemiyasının ikinci dalğasının başlanğıcındadır"

Almaniya Həkimlər Birliyi ölkədə pandemiyanın ikinci dalğasının başladığını elan edib.

"Biz ikinci dalğanın başlanğıcındayıq. Düşünürəm ki, indi nəyin baş verdiyini iki-üç həftədən sonra dəqiq biləcəyik", - deyən mütəxəssislər, bu fasilənin xaricə və ya məzuniyyətə çıxan vətəndaşların geri qayıtması ilə əlaqəli olduğunu söyləyiblər. Onların sözlərinə görə, hər iki amil Almaniyada infeksiyanın yayılma ehtimalını gücləndirir.

Son.az bildirir ki, həkimlər əlavə edib ki, məktəbə getmək "gündəlik kütləvi fəaliyyətdir" və təhsil müəssisələrində gigiyena tələblərinə məhəl qoymamaq xəstə sayının artmasına bilavasitə yol açır.