Fransada ikinci dalğa...


Dünya 05 Avq 2020 14:37:00 155 0

Fransada ikinci dalğa...

Fransa hökumətinin nəzdində fəaliyyət göstərən Fransa Elmi Şurası hesab edir ki, yaxın aylarda ölkə COVID-19-un ikinci dalğası ilə qarşılaşacaq.

"Epidemiyanın ikinci dalğasının payızda və ya qışda olma ehtimalı yüksəkdir", - Le Figaro qəzeti çərşənbə axşamı şuranın açıqlamasından sitat gətirb.

Son.az bildirir ki, mütəxəssislərin fikrincə, epidemioloji vəziyyətin vaxtaşırı ağırlaşması ilə "Fransadakı vəziyyət nəzarət altındadır, lakin çox kövrəkdir".

Onlar "yaxın gələcəkdə epidemiyanın necə inkişaf edəcəyinin böyük ölçüdə vətəndaşların əlində olduğunu" qeyd ediblər.

Avqustun 3-də Fransanın Baş naziri Jan Castex koronavirusun hələ də bütün ölkədə yayıldığına görə, insanların sayıqlığı itirilməməli olduğunu söyləyib

"Worldometers" portalının verdiyi məlumata görə, Fransada COVID-19 xəstəliyinin başlamasından ötən dövr ərzində 190 mindən çox xəstəlik halı qeydə alınıb, 30 minə yaxın yoluxmuş ölüb.