Bakıya yeni 910 metrlik avtobuslar gətirilir


Digərləri 05 Avq 2020 13:39:24 193 0

Bakıya yeni 910 metrlik avtobuslar gətirilir

Bakıya yeni marşrut avtobusları gətirilir.

Son.az xəbər verir ki, bunu Bakı Nəqliyyat Agentliyinin (BNA) Mətbuat katibi Mais Ağayev deyib.

Sözçü yeni avtobusların buraxılacağı marşrut xəttlərindən birini də açıqlayıb:

"165 nömrəli xətlə bağlı sərnişinlərimizdən davamlı olaraq şikayətlər daxil olur. Sürücülərin sərnişinlərlə kobud rəftarı, təhlükəli idarəetmə, avtobusların nasaz olması sərnişinlərimizi daha çox narahat etməkdədir. Bütün bunlar təbii daşıyıcınını işinə laqeyd yanaşmasının nəticəsidir. Ötən dövrdə daşıyıcı qarşısında tələblər qoyulub, yazılı və şifahi xəbərdarlıq edilib.

Lakin müsbət nəticə göründüyü kimi yoxdur. Bu xətt üzrə sərnişindaşımaların BakuBus MMC tərəfindən icrası məsələsi daim gündəmdədir. Xəttin hərəkət sxeminə daxil olan bəzi küçələrdən 12 metrlik avtobusların manevr imkanlarının məhdud olması hazırda bu dəyişikliyə imkan vermir. Amma artıq elan etdiyimiz kimi 9-10 metrlik yeni müasir avtobuslar gətirilməkdədir. Bu avtobuslar gəldikdən sonra 165 də daxil olmaqla bir çox qəsəbələr istiqamətindəki xətlər dəyişdiriləcək".

Təhməz Təkin Son.az