Qəzetçiliyin dirçəlməsi üçün nələri etmək olar?


Digərləri 05 Avq 2020 13:26:00 153 0

Qəzetçiliyin dirçəlməsi üçün nələri etmək olar?

Artıq rəqəmsallaşma dövrünə qədəm qoymuşuq. Həyatımızın böyük hissəsi rəqəmsal texnologiyalarla sıx təmas şəraitində keçir. Ötən əsrin 60-cı illərində yaranan internetin 90-cı illərin əvvəlində kommersiya istifadəsinə verilməsi, 2000-ci illərdən sonra isə daha da inkişafı media sahəsinə, xüsusilə də ənənəvi mediaya də ciddi təsir edib.

Sosial şəbəkələrin yaranması isə media və jurnalistika sahəsini yeni çağırışlarla üz-üzə qoyub. Medianın sürətli şəkildə rəqəmsallaşması ənənəvi media olan qəzetlərin və jurnalların ikinci plana keçməsinə, sosial şəbəkələrin inkişafı isə informasiyanın ötürülməsində qəzetlərin və jurnalların internet mediaya və sosial şəbəkələrə uduzması ilə nəticələnib.

Hazırda dünyada ənənəvi media üçün bir transformasiya dövrünü görürük. Qəzet və jurnalların rəqəmsal dəyişikliklər dövründə internet media ilə ayaqlaşa bilməməsi bütün dünyada müşahidə olunur. Amma bir çox dövlətlərdə buna baxmayaraq qəzet və jurnallar transformasiyaya gedir, öz mövqelərini qoruyub saxlaya bilir və ictimai fikrin formalaşmasında önəmli yer tuturlar. Azərbaycanda da biz qəzetlərin öz mövqelərini əldə verdiyini, qəzetlərdə olan xəbərlərin böyük əksəriyyətinin onlayn mediada olan xəbərlərlə eyni olduğunu, qəzetlərin oxunmadığını və bir böhran dövründə düşdüyünü görürük. Bəs Azərbaycanda ənənəvi media öz aktuallığını necə saxlaya bilər? Qəzetlər nə etməlidir ki, intensiv rəqəmsallaşma şəraitində onlara tələbat olsun, öz mövqelərini bərpa etsinlər, rəqabətqabiliyyətli olsunlar və ictimai fikirin formalaşmasında mühüm rola sahib olsunlar?

Eksklüzivlik

Qəzet və jurnalların öz aktuallığını qoruması və cəmiyyət tərəfindən oxunması hazırda yalnız və yalnız orada olan informasiyanın eksklüviz olması halında mümkündür. Xəbər jurnalistikası janrı artıq onlayn mediada əsas janrlardan birinə çevrilib və internet media, sosial şəbəkələr xəbərin hazırlanması və verilməsində yüksək operativliyə sahibdirlər. Qəzetlər bu mənada artıq onlayn mediaya uduzublar. Ölkəmizdə insanların qəzet alması və oxuması üçün isə onlar onlayn mediada əldə edə bilməyəcəyi məlumatı - kontenti qəzetlərdə tapmalıdırlar. Bu mənada qəzetlər xəbər jurnalistikasından uzaqlaşaraq daha çox jurnalistikanın analitik və ədəbi-publisitik janrlarına üstünlük verməlidirlər. Hazırda güclü qəzetçilik ənənəsi olan dövlətlərdə də məhz bu tendensiya müşahidə olunur.

Ona görə də qəzetlər artıq itməkdə olan araşdırma jurnalistikası janrını dirçəltməli, müəllif məqalərinə, analitik yazılara, təhlillərə, redaksiya məqalələrinə, oçerk və digər janrlarda olan yazılara köklənməlidilər.

Brendinq və düzgün mövqelənmə

Biz dünyada artıq brend olaraq tanınan çox sayda qəzet tanıyırıq. Lakin Azərbaycanda brend olaraq tanına biləcək qəzetlərin sayı həddindən artıq azdır. Ona görə də qəzetlər aktuallığını bərpa etmək üçün brend olaraq formalaşmalı, bir çoxları rebrendinqə getməli, əksəriyyəti ciddi dizayn dəyişikliyinə uğramalı, rəngli formada çap olunmalıdırlar. Hazırda bizdə qəzetlərin tanınan brendə çevrilməsinə ehtiyac vardır.

Həmçinin qəzetlərin cəmiyyətdə düzgün mövqelənməsi də zəruridir. Yəni qəzetlər hansı sahədə, hansı seqmentdə fəaliyyət göstərmələri ilə bağlı aydın bir strategiya ortaya qoymalı və həmin sahə, seqment üzrə mövqelənməlidirlər. Başqa sözlə desək, hər bir qəzetin cəmiyyətdə öz yeri, spesifik auditoriyası və onu digərlərindən fərqləndirən cəhəti olmalıdır. Məhz bu mövqelənmə həmin qəzetə digərlərinə münasibətdə eksklüzivlik hüququ verəcəkdir.

Qısa, orta və uzunmüddətli inkişaf strategiyası