Samir Şərifov: "Dövlət Neft Fondunun gəlirlərinin də azalması proqnozlaşdırlır"


Digərləri 05 Avq 2020 12:16:00 171 0

Samir Şərifov: "Dövlət Neft Fondunun gəlirlərinin də azalması proqnozlaşdırlır"

Dövlət Neft Fondunun gəlirlərinin də azalması proqnozlaşdırlır.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu maliyyə naziri Samir Şərifov parlamentin bu gün keçirilən iclasında 2020-ci ilin dövlət büdcəsinə dəyişikliklərin müzakirəsi zamanı deyib.

S.Şərifov bildirib ki, bu baxımdan dövlət büdcəsinə müvafiq dəyişikliklər edilir ki, kifayət qədər çevik maliyyə buferi yaradılsın və yarana biləcək təhdidlərin qarşısı alına bilsin:

"Yaranmış vəziyyətdə dövlət xərclərin azaldılması deyil, bir qədər artırılmasını nəzrdə tutur ki, mənfi proseslərin qarşısı alınsın".