İş yoldaşını bıçaqlayan şəxs tutuldu


Digərləri 05 Avq 2020 11:47:00 173 0

İş yoldaşını bıçaqlayan şəxs tutuldu

Şəmkirdə bıçaqlanma hadisəsi baş verib.

Son.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Morul kəndində qeydə alınıb.

1995-ci il təvəllüdlü Quliyev Sənan Mürşüd oğlu qarnının kəsilmiş-deşilmiş bıçaq yarası diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Yaralı dərhal cərrahi əməliyyat olunub, vəziyyətinin kafi olduğu bildirilir.

Məlumata görə, 25 yaşlı S.Quliyev tanıdığı şəxs tərəfindən bıçaqlanıb. Şəmkirdə həmyerlisini bıçaqlayan şəxs artıq saxlanılıb.  

Hadisəni törətməkdə şübhəli bilinən, 1999-cu il təvəllüdlü Mixayıl Quliyev tutularaq istintaqa təhvil verilib.

Qeyd edək ki, hadisəni törədən şəxs bıçaqlanan şəxslə iş yoldaşı olub.

Faktla bağlı araşdırma aparılır.