Miri Yusifdən Nadirə: "Dünya fırlanır və qayıdıb dəyir üzünə"


Şou-biznes 05 Avq 2020 11:31:00 258 0

Miri Yusifdən Nadirə: "Dünya fırlanır və qayıdıb dəyir üzünə"

Xalq artisti Miri Yusif müğənni Nadir Qafarzadəni ələ salıb.

Son.az axşam.az-a istinadən bildirir ki, müğənni Nadirlə bağlı sosial şəbəkədə yayılan "Nadir Qafarzadə bir neçə il əvvəl "Kitab oxuyursan" sualına cavab olaraq demişdi: Gedək professora deyək ki, "xolodilniki"ni açsın, mən də açım. Görək kimdə doludur" sözlərini İnstaqram-da story bölümündə yerləşdirib.

Miri Yusif "Həyatın bumeranqdır. Bəzən kiməsə cavab verməyə tələsmək lazım deyil. Çünki dünya fırlanır və qayıdıb dəyir üzünə" deyərək, sözlərinə əlavə edib.

Qeyd edək ki, Nadir sözügedən paylaşıma "Nadirin soyuducusu hər zaman doludur. İndi də Mərdakanda villasında dincəlir. On il də toy olmasa onun vecinə deyil. Öz gününzə ağlayın" reaksiyasını vermiş və qeyri-etik ifadələr yazmışdı.