Türkiyədə məşhur modelin döyüldüyü çimərlik bağlandı


Digərləri 05 Avq 2020 11:03:00 167 0

Türkiyədə məşhur modelin döyüldüyü çimərlik bağlandı

Ukraynalı model Darya Kirilyukun döyüldüyü Türkiyənin Çeşmə bölgəsindəki Momo çimərliyi 15 gün müddətinə bağlanıb.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə Türkiyənin Mədəniyyət və Turizm Nazirliyindən məlumat verilib.

"İyulun 31-də axşam ölkəmizin aparıcı turizm mərkəzlərindən biri olan Çeşmədə qonağımızın qarşılaşdığı müstəsna və arzuolunmaz insidentdən sonra Türkiyənin bütün müvafiq qurumları, o cümlədən Mədəniyyət və Turizm Nazirliyi səfərbər olunub. Müəssisə (çimərlik) 15 gün müddətinə bağlanıb", - nazirlikdən bildiriblər.

Qeyd edilir ki, Türkiyədə xarici turistlərin ölkədə məzuniyyətlərini "dinc və təhlükəsiz şəkildə" keçirmələri üçün lazım olan bütün ehtiyat tədbirləri görülür.