Azərbaycan XİN Livana başsağlığı verib


Siyasət 05 Avq 2020 10:27:00 156 0

Azərbaycan XİN Livana başsağlığı verib

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Livana başsağlığı verib.

Son.az xəbər verir ki, başsağlığı XİN-in rəsmi "Twitter" səhifəsində yayılıb.

Başsağlığında deyilir: "Beyrut limanında baş verən qorxunc partlayış barədə xəbərlərdən dərin hüzn keçiririk. Ölənlərin ailələri və Livan xalqına başsağlığı veririk. Xəsarət alanların tez sağalmalarını diləyirik".