Moskvada koronavirusdan daha 11 nəfər ölüb


Dünya 05 Avq 2020 09:05:00 136 0

Moskvada koronavirusdan daha 11 nəfər ölüb

Rusiyanın paytaxtı Moskvada ötən sutka ərzində yeni növ koronavirusdan daha 11 nəfər ölüb.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə Moskvada koronavirusla əlaqəli vəziyyətin monitorinqi üzrə operativ qərargahdan bildiriblər.

Məlumatda deyilir: "Moskvada pnevmoniya diaqnozu qoyulan və koronavirus infeksiyası aşkarlanmış 11 xəstə dünyasını dəyişib".

Qeyd edək ki, ümumilikdə Moskvada koronavirusa yoluxanların sayı 244 min nəfəri ötüb, ölənlərin sayı isə 4 521 nəfərə çatıb.