Yusif Yusifov: Statistika sahəsində hesabatlılığın səmərəliliyi artacaq, məlumatlardan istifadə imkanları sadələşəcək MÜSAHİBƏ


Digərləri 05 Avq 2020 08:52:00 163 0

Yusif Yusifov: Statistika sahəsində hesabatlılığın səmərəliliyi artacaq, məlumatlardan istifadə imkanları sadələşəcək  MÜSAHİBƏ

Son.az Trend-ə istinadən Dövlət Statistika Komitəsinin sədr müavini Yusif Yusifovla müsahibəni təqdim edir:

- Məlum olduğu kimi, Azərbaycan Respublikası Prezidentinin fərmanı əsasında Dövlət Statistika Komitəsinə hasilat sənayesində şəffaflığın təmin edilməsi həvalə olunub. Bu tapşırığın yerinə yetirilməsi istiqamətində Komitə tərəfindən hansı addımlar nəzərdə tutulub?

- Öncə bildirmək istərdim ki, Azərbaycan Respublikası hasilat sənayesində şəffaflıq və hesabatlılıq üzrə beynəlxalq səyləri həmişə dəstəkləmişdir. Ölkəmiz hasilat sənayesində şəffaflığı ən yüksək səviyyədə təşviq edərək 2003-cü ildə "Mədən Hasilatı üzrə Şəffaflıq Təşəbbüsü"nə qoşulmuş, 2005-ci ildə dünyada ilk dəfə MHŞT üzrə hesabatı açıqlamışdır. Hasilat sənayesində şəffaflığın təmin olunması və dövlət xidmətlərinin göstərilməsi sahələrində ölkəmizdə həyata keçirilən tədbirlər beynəlxalq müstəvidə yüksək qiymətləndirilmiş və Birləşmiş Millətlər Təşkilatının "Dövlət Xidmətləri Mükafatı"na və "2009-cu il üzrə Mədən Hasilatı üzrə Şəffaflıq Təşəbbüsü Mükafatı"na layiq görülmüşdür. "Hasilat sənayesində şəffaflığın və hesabatlılığın artırılması ilə bağlı əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 5 aprel tarixli 1315 nömrəli Fərmanı ilə aidiyyatı dövlət qurumlarının yüksək vəzifəli şəxslərindən ibarət Hasilat Sənayesində Şəffaflıq üzrə Komissiya yaradılmışdır. Fəaliyyət göstərdiyi müddət ərzində Komissiya hasilat sənayesində şəffaflıq üzrə hesabatlılığın təmin edilməsi məqsədilə lazımı tədbirləri həyata keçirmiş və bu sahədə hazırlanmış hesabatları mütəmadi dərc etmiş, ictimaiyyəti məlumatlandırmışdır. Lakin məlum olduğu kimi, son illərdə hesabatlılığı təşviq edən beynəlxalq prinsip və standartlarda hesabatvermə mexanizmlərinin səmərəliliyinin artırılması və daha çevik işləməsi məqsədilə mühüm dəyişikliklər edilmişdir. Bu dəyişikliklərdən biri də dövlət idarəçiliyində müasir texnologiyalardan istifadə etməklə aparılan işin səmərəliliyini artırmaq, məlumatlardan istifadə imkanlarını sadələşdirmək, məlumatları sərbəst əldə etmək üçün şəffaflıq və hesabatlılığın müntəzəmliyini təmin etmək məqsədilə hesabatlılığın aidiyyəti dövlət qurumlarının fəaliyyətinin ayrılmaz tərkib hissəsinə çevrilməsi yolu ilə tədricən onların açıqlama və hesabatvermə sistemlərinə inteqrasiya olunmasıdır. Bununla əlaqədar hasilat sənayesində şəffaflıq üzrə daha ardıcıl və dayanıqlı hesabatlılığın təmin edilməsi məqsədilə "Hasilat sənayesində şəffaflıq üzrə hesabatlılığın tətbiqi ilə bağlı əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 28 iyul tarixli Fərmanı qəbul edilmişdir. Sözsüz ki, Fərmanın qəbulu bu sahədə hesabatlılığın səmərəliliyini artıracaq, məlumatlardan istifadə imkanlarını sadələşdirəcək və onların daha sərbəst əldə olunmasına gətirib çıxaracaqdır.

Sözügedən Fərmanın icrası istiqamətində ilk addım olaraq Dövlət Statistika Komitəsi tərəfindən aidiyyəti dövlət orqanları (qurumları), beynəlxalq təşkilatlar, hasilat sənayesində fəaliyyət göstərən xarici şirkətlərlə əməkdaşlıq çərçivəsində müvafiq hesabat forması hazırlanacaq, onun təqdim edilməsi qaydası, dövriliyi və müddəti müəyyən olunacaqdır. Həmin formaya uyğun olaraq hasilat sənayesi sahəsində fəaliyyət göstərən müəssisə və təşkilatlardan məlumatlar toplanılacaq, toplanmış məlumatlar əsasında ümumiləşdirilmiş rəsmi statistika məlumatlarının ictimaiyyətə açıqlanması təmin ediləcəkdir.

- Bu tədbirlərin görülməsinə nə zamandan başlanacaq?

- Fərmanın icrası ilə bağlı artıq hazırlıq işlərinə başlanılmışdır və hazırda beynəlxalq təcrübə araşdırılır. Çünki sözügedən Fərmanın qəbulu rəsmi statistikada yeni yanaşmanı şərtləndirir. Belə ki, bir tərəfdən həm hasilat sənayesi sahəsində yeni və daha ətraflı məlumatlar toplanmalı, digər tərəfdən isə mövcud rəsmi statistika hesabatları əsasında toplanan məlumatlar yeni tələblərə uzlaşdırılmalıdır. Bu baxımdan əsas hədəfimiz qeyd etdiyimiz kimi bu sahədə hesabatlılığın rəsmi statistika sisteminə inteqrasiyası, məlumatların toplanması, emalı və yayılması proseslərinin statistik istehsal prosesinin tərkib hissəsinə çevrilməsini təmin etməkdir ki, bununla əlaqədar zəruri tədbirlər həyata keçiriləcəkdir.

- Bu çərçivədə statistik məlumatların hazırlanmasında hansı dəyişikliklər baş verəcək? Bunun üçün Komitə hansısa digər qurumlarla əməkdaşlıq edəcəkmi?