Beyrutda baş verən partlayışın səbəbi məlum olub


Dünya 05 Avq 2020 02:45:00 196 0

Beyrutda baş verən partlayışın səbəbi məlum olub

Livanın paytaxtı Beyrutun limanında baş verən güclü partlayışın səbəbi məlum olub.

Trend-in "LBC international" telekanalına istinadən verdiyi məlumata görə, limanın anbarlarından birində saxlanılan 2700 ton ammonyak selitrası (ammonium nitrat duzu) partlayıb.

Bildirilir ki, partlayış həmin anbarda qaynaq işləri aparılarkən baş verib.

Xatırladaq ki, Livanın paytaxtı Beyrutda güclü partlayış baş verib. Partlayış nəticəsində azı 73 nəfər həlak olub, 3,7 min nəfər isə xəsarət alıb.