Sərt karantin rejimi ilə bağlı məhdudiyyətlərin bir qismi


Digərləri 05 Avq 2020 00:07:00 93 0

Sərt karantin rejimi ilə bağlı məhdudiyyətlərin bir qismi

Hazırkı sanitar-epidemioloji vəziyyətə uyğun olaraq, sərt karantin rejiminin mövcud olduğu şəhər və rayonlarda, eləcə də ölkə üzrə bəzi yumşalmaların tətbiqinə başlanılır.

Son.az xəbər verir ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən avqustun 5-də saat 06:00-dan etibarən sərtləşdirilmiş xüsusi karantin zonasına daxil olan şəhər və rayonlarda şəxslərin yaşayış yerini və olduğu yeri SMS icazə, xidməti vəsiqə, icaze.e-gov.az portalı vasitəsi ilə tərk etmək sistemi ləğv olunur.

Həmçinin Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Fövqəladə Hallar Nazirliyi və Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən karantin rejiminin tələblərinə uyğun müəyyən edilən qaydalar çərçivəsində ölkə üzrə çimərliklərin istifadəsinə icazə verilir.

COVID-19 infeksiyasına yoluxma dinamikası nəzərə alınmaqla 31 avqust saat 00:00-dək

sərtləşdirilmiş xüsusi karantin rejimi Bakı, Cəlilabad, Gəncə, Masallı, Mingəçevir, Sumqayıt, Yevlax şəhərlərində və Abşeron, Bərdə, Goranboy, Göygöl, Xaçmaz, Salyan rayonlarında tətbiq olunacaq.

Sərtləşdirilmiş xüsusi karantin rejiminin tətbiq olunduğu 13 şəhər və rayonda aşağıdakı məhdudiyyətlər

qüvvədə qalır:

- nəzdindəki ərzaq mağazaları və apteklər istisna olmaqla, iri ticarət mərkəzləri və "Mall"ların fəaliyyəti;

- ictimai iaşə obyektlərində müştərilərə yerində xidmətlər;

- muzey və sərgi zallarının fəaliyyəti;

- bütün təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin fəaliyyəti (imtahan, müsabiqə, müsahibələr və müxtəlif arayış və sənədlərin verilməsi ilə bağlı vətəndaş müraciətlərinin qəbulu istisna olmaqla);

- açıq havada idman yarışları və oyunları da daxil olmaqla bütün kütləvi tədbirlər, o cümlədən mədəni-idman tədbirlərin keçirilməsinin dayandırılması.

Eyni zamanda, 31 avqust saat 00:00-dək ölkə üzrə tətbiq olunan xüsusi karantin rejimi çərçivəsində aşağıdakı məhdudiyyətlər də qüvvədədir:

- ölkə ərazisinə yerüstü və hava nəqliyyatı yolu ilə giriş-çıxışın dayandırılması;

- sərtləşdirilmiş xüsusi karantin rejiminin tətbiq olunduğu şəhər və rayonlara giriş-çıxış və ölkənin digər şəhər və rayonlarından yerüstü və hava nəqliyyatı ilə sərnişin daşımalarının dayandırılması;

- "ASAN xidmət" və DOST xidmət mərkəzləri istisna olmaqla, digər dövlət orqanlarında vətəndaşların yerində qrup və fərdi qaydada qəbulunun dayandırılması;

- tədbirlərin təşkili üzrə xidmətlərin, o cümlədən bu sahədə müştərinin evində və ya digər məkanlarda ad günləri, toy, nişan və bu kimi mərasimlərin təşkilinin qadağan olunması;

- ictimai yerlərdə, o cümlədən küçələrdə, bulvarlarda, parklarda və digər yerlərdə şəxslərin 5 nəfərdən artıq qruplarda cəmləşməsinin qadağan olunması;

- bütün kütləvi tədbirlər, o cümlədən mədəni-idman tədbirlərin keçirilməsinin dayandırılması və s.

Operativ Qərargah vətəndaşları mövcud preventiv tədbirlərin şərtlərinə, tibbi-profilaktik qaydalara riayət etməyə, sosial məsafəni saxlamağa, qoruyucu maskalardan istifadəyə çağırır.

Günün qoroskopu: Məntiqi nəticə hasil edin like
  • 05 Avq 00:01  
Digərləri Günün qoroskopu: Məntiqi nəticə hasil edin

Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope"

arrow Ətraflı
Kia Çin bazarında satılan K5 sedanını təqdim edib  FOTO like
  • 04 Avq 23:58  
Digərləri Kia Çin bazarında satılan K5 sedanını təqdim edib FOTO

Kia şirkəti Çin bazarında satılacaq K5 modelini nümayiş etdirib. Ənənə

arrow Ətraflı
İxtiraçılara İlahi mükafat veriləcəkdirmi? like
  • 04 Avq 23:55  
Digərləri İxtiraçılara İlahi mükafat veriləcəkdirmi?

Tarixə nəzər salan zaman görmək olur ki, çox sayda ixtiraçı və kəşf e

arrow Ətraflı
Əməli dəyərli edən meyar nədir? like
  • 04 Avq 23:50  
Digərləri Əməli dəyərli edən meyar nədir?

İslam dininin nəzərinə görə, əməlin özü təklikdə kifayət deyildir.

arrow Ətraflı
Həqiqi ziyankarlar kimlərdir? like
  • 04 Avq 23:45  
Digərləri Həqiqi ziyankarlar kimlərdir?

Xusran əməl o mövzulardandır ki, Qurani-Kərim dəfələrlə ondan söz açm

arrow Ətraflı
Audi R8 modelinin xüsusi yubiley versiyasını hazırlayıb  FOTO like
  • 04 Avq 23:30  
Digərləri Audi R8 modelinin xüsusi yubiley versiyasını hazırlayıb FOTO

Audi şirkəti R8 superkarının Şimali Amerika bazarı üçün nəzərdə tutu

arrow Ətraflı
Livanda partlayışla əlaqədar matəm elan edildi like
  • 04 Avq 23:26  
Dünya Livanda partlayışla əlaqədar matəm elan edildi

Livanda ölkənin paytaxtı Beyrutda bşa verən partlayışla əlaqədar matəm

arrow Ətraflı
Dünyanı bu 3 haldan biri üçün istəmək like
  • 04 Avq 23:20  
Digərləri Dünyanı bu 3 haldan biri üçün istəmək

1. Dünya - imtahan yeridir. "Sınamaq üçün onların bəzi təbəqələr

arrow Ətraflı
Ermənistandakı siyasi vəziyyət əhalini uçuruma aparır  FOTO like
  • 04 Avq 23:17  
Siyasət Ermənistandakı siyasi vəziyyət əhalini uçuruma aparır FOTO

"Hədəf" in bugünkü buraxılışında Ermənistandakı vəziyyət v

arrow Ətraflı
Hansı peşələrə daha çox ehtiyac yaranacaq, like
  • 04 Avq 23:16  
Digərləri Hansı peşələrə daha çox ehtiyac yaranacaq,

Azərbaycanda əmək bazarının ehtiyaclarına cavab verən mütəxəssis hazı

arrow Ətraflı
Əməlin xusranı nə deməkdir? like
  • 04 Avq 23:15  
Digərləri Əməlin xusranı nə deməkdir?

Xusran - o ziyandır ki, Quranda dəfələrlə adı çəkilmişdir. Xusran, yən

arrow Ətraflı
İnsan qalıcı həyatı necə təmin edə bilər? like
  • 04 Avq 23:10  
Digərləri İnsan qalıcı həyatı necə təmin edə bilər?

İnsanın əziyyət içində yaşaması və çətinliklərə dözməsi - əslind

arrow Ətraflı
MercedesBenz EQS modeli 700 kilometrlik yürüş məsafəsinə malik olacaq  FOTO like
  • 04 Avq 23:01  
Digərləri MercedesBenz EQS modeli 700 kilometrlik yürüş məsafəsinə malik olacaq FOTO

Mercedes-Benz EQS seriya elektromobili dolu batareya ilə 700 kilometr (WLTP) m

arrow Ətraflı
İnsan niyə dinə tərəf gedir? like
  • 04 Avq 22:55  
Digərləri İnsan niyə dinə tərəf gedir?

İslam dininin nəzərinə görə, ölüm, insan həyatını sona çatdırmaz.

arrow Ətraflı
Həris insanı gözləyən 2 yol like
  • 04 Avq 22:50  
Digərləri Həris insanı gözləyən 2 yol

Hər bir insan istəyir ki, dünyadakı şəraiti yaxşı olsun. Ancaq insan gə

arrow Ətraflı