Livan təhlükəsizlik xidməti paytaxtda pirotexnikanın partlaması versiyasını təkzib edib


Dünya 04 Avq 2020 21:32:00 160 0

Livan təhlükəsizlik xidməti paytaxtda pirotexnikanın partlaması versiyasını təkzib edib

Livanın Ümumi Təhlükəsizlik Xidmətinin rəhbəri general Abbas İbrahim Beyrut limanında baş vermiş partlayışın pirotexnika anbarında qeydə alınması versiyasını təkzib edib.

Son.az APA-ya istinadən xəbər verir ki, o bunun uzun müddət ərazidə saxlanılan digər partlayıcı maddələr olduğunu bildirib.

"Baş verənlər pirotexnika partlaması deyil, uzun müddət ərazidə saxlanılan digər partlamağa qadir maddələrdir", - təhlükəsizlik xidmətinin rəhbəri belə deyib.