Ən təhlükəli və ziyanlı ticarət


Digərləri 04 Avq 2020 21:15:00 160 0

Ən təhlükəli və ziyanlı ticarət

"(Ya Peyğəmbər,) de: "Sizə insanların (dünya) əməllər(i) baxımından ən çox ziyana uğrayanlarından xəbər verim?". Onlar, dünya həyatındakı (hər hansı bir xeyir işdəki) səyləri (küfrlərinə görə) puç olaraq yoxa çıxmış və yaxşı iş görmələrini sanan kəslərdir". ("Kəhf" 103-104).

Dünyamız - ticarət dünyasıdır. Bəziləri bu ticarətdə böyük xeyir əldə edirlər, bəziləri isə ziyan. Dünyanın ən riskli ticarəti odur ki, biz ona ən dəyərli və geri qaytımayan sərmayəmizi veririk, ancaq qarşılığında isə heç bir şey almırıq. (Tebyan)

O ticarət kimi ki, insan onda cavanlığını xərcləyər.

O ticarət kimi ki, insan bütün mənəviyyat və nuraniliyini bir zinaya qurban verər.

O ticarət kimi ki, pak bir sevgi pul ilə əvəz olunar.

O ticarət kimi ki, bütün ömrümüz boyu mal toplayırıq, Allah üçün bir iş görmürük və özümüzə cəhənnəmdə yer hazırlayırıq.

Allah bu ticarətə daxil olan insanları ziyankarlar adlandırmışdır.

Yəni, o kəslər kimi ki, 50 il Allaha ibadət edir, camaat namazının ilk cərgəsində dayanır, ancaq niyyəti insanlara özünü göstərmək olur. Həccə gedir ki, ona hacı desinlər.

Yəni, o kəslər kimi ki, xeyir iş adına sələm alarlar.