Beyrutda güclü partlayış olub VİDEO


Dünya 04 Avq 2020 21:07:00 256 0

Beyrutda güclü partlayış olub   VİDEO

Livanın Hərbi Dəniz Qüvvələrinin bazası yaxınlığında, Beyrut limanı ərazisində güclü partlayış olub.

Son.az Trend-ə istinadən bildirir ki, partlayışın dalğası Livan paytaxtında yaşayış sahələrində də hiss edilib. Bəzi evlərə və ofislərə ziyan dəyib. Onlarla insanın xəsarət aldığı deyilir.

"Reuters" agentliyinin yazdığına görə isə partlayış nəticəsində azı 10 nəfər ölüb.

Partlayışın səbəbləri hələ ki, məlum deyil.

Yerli telekanalların bildirdiyinə görə, dəniz limanı ərazisinə raket zərbəsinin endirilməsi istisna deyil. Bəzi mənbələr isə partlayışın pirotexnika anbarında baş verdiyini yazıb.