Quranda ən çox ziyan görən kəslər kimi kimlər göstərilib?


Digərləri 04 Avq 2020 20:20:00 145 0

Quranda ən çox ziyan görən kəslər kimi kimlər göstərilib?

"(Ya Peyğəmbər,) de: "Sizə insanların (dünya) əməllər(i) baxımından ən çox ziyana uğrayanlarından xəbər verim?". Onlar, dünya həyatındakı (hər hansı bir xeyir işdəki) səyləri (küfrlərinə görə) puç olaraq yoxa çıxmış və yaxşı görmələrini sanan kəslərdir". ("Kəhf" 103-104).

İnsanların iki həyatı olar: dünya və axirət həyatları. İnsan üçün ən böyük hədəf - bu iki dünyada müvvəffəq olmaq və yaxşı nəticə əldə etməkdir."Onlardan bəzisi deyər: "Ey Rəbbimiz, bizə dünyada da yaxşılıq əta et, axirətdə də yaxşılıq əta et və bizi (Cəhənnəm) odun(un) əzabından qoru"". ("Bəqərə" 201).

Bəzi insanlar vardır ki, dünyada müvəffəq, axirətdə isə ziyan görənlərdir. Ancaq onlardan da ən pisi o kəslərdir ki, həm dünyalarını əldən verirlər, həm də axirətlərini. Bu insanlar - həqiqi ziyangörən insanlardırlar.

"Onlar öz Rəbblərinin (tovhid) ayələrinə və (axirət günü) Onunla görüşəcəklərinə küfr etmiş kəslərdir. Beləliklə onların əməlləri (küfrlərinə görə) puç və batil oldu və nəticədə Qiyamət günü onlara heç bir dəyər verməyəcək və əməllərinin ölçülməsi üçün bir tərəzi qurmayacağıq". ("Kəhf" 105).

İmam Əlinin (ə) nəzərinə görə, ziyan görmüş kəslər bunlardır: "Onlar kitab əhlidirlər ki, Allahlarına küfr etmiş və dinlərində bidət etmiş və əməllərini məhv etmişdilər".

"Şübhəsiz, insanların iman gətirənlərə qarşı düşmənçilikdə ən qatısının yəhudilər və müşriklər olmasını görəcəksən. Onların möminlərlə dostluqda ən yaxın olanlarının isə "biz xaçpərəstlərik" deyənlər olduğunu görərsən. Bu, ona görədir ki, onların bir qismi keşişlər və rahiblərdir və onlar təkəbbürlənmir, özlərini yuxarı tutmurlar". ("Maidə" 82).