Cinayət törətməkdə şübhəli bilinən 28 nəfər saxlanılıb


Digərləri 04 Avq 2020 20:37:00 148 0

Cinayət törətməkdə şübhəli bilinən 28 nəfər saxlanılıb

Respublikanın daxili işlər orqanları tərəfindən ötən gün ərzində törədilmiş 29 cinayətin üstü "isti izlər"lə açılıb.

Son.az Trend-ə istinadən bildirir ki, əvvəlki dövrlərdən bağlı qalmış 10 cinayətin açılması təmin olunub. Axtarışda olduğuna görə ümumilikdə 17 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 14 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 16, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 28 nəfər saxlanılıb.