Urmiyədə avtobus sürücüləri aksiya keçirib


Dünya 04 Avq 2020 20:13:00 149 0

Urmiyədə avtobus sürücüləri aksiya keçirib

Koronavirus pandemiyası səbəbilə maddi sıxıntılar yaşayan Urmiyə şəhər nəqliyyatının sürücüləri bazar ertəsi günü etiraz aksiyası keçiriblər.

Urmiyənin Ətayi küçəsində mitinq keçirən avtobus sürücüləri pandemiya səbəbilə gəlirlərinin 80 faiz azaldığını önə çəkiblər.

"Sürücülər deyiblər ki, heç kəs onların dərdini eşitmir.Təəssüf ki, bir yandan bələdiyyə sürücülərin sığorta haqqını ödəmir, digər yandan isə, onların gəliri pandemiya dönəmində 80 faiz azalıb. Buna baxmayaraq heç bir dövlət qurumu onlara yardım etməyib," Khabar Online internet portalında dərc edilib.

Sosial şəbəkələrdə yayımlayan məlumata görə, təqribən 350 sürücü tətil edib və aksiyada iştirak ediblər.

İSNA xəbər agentliyi bu haqda Urmiyə Bələdiyyəsi ictimai nəqliyyat idarəsi müdirinin ifadələrini dərc edib:

"Bələdiyyə pandemiya günlərində avtobus və taksi sürücülərinin yanında olub. Sürücülərin sığorta problemini də həll edəcəyik," ictimai nəqliyyat idarəsinin müdiri Mehdi Müjdehi söyləyib.