Tanınmış müğənni koronavirusa yoluxdu


Digərləri 04 Avq 2020 18:45:00 186 0

Tanınmış müğənni koronavirusa yoluxdu

Müğənni Rita Dakota koronavirus infeksiyasına yoluxub.

Son.az axşam.az-a istinadən bildirir ki, bu haqda sənətçi sosial şəbəkədə yazıb. O bildirib ki, 3 dəfə virusa görə test verib.

"Nə qan analizi, nə də KT koronavirus olduğumu göstərmədi. Düz üç dəfə analiz verdim. Başqa müayinələrdən də keçdim. Axırda pozitiv çıxdı. Təsəvvür edin, əgər mən üç dəfə analiz verməsəydim, virusa yoluxduğum bilinməyəcəkdi. Görün nə qədər insanı yoluxdura bilərdim" deyə, Rita bildirib.