Dünyanın ən gənc milyarder xanımları


Digərləri 04 Avq 2020 18:09:00 232 0

Dünyanın ən gənc milyarder xanımları

Son.az ölkə.az-a istinadən dünyanın 7 ən gənc milyarder xanımı haqqında məlumatı oxuculaırna təqdim edir.

İlk növbədə 22 yaşlı Keyli Cenner dayanır.

Forbesin bu ilin aprelində Amerikada nəşr edilən sayında milyarderlərlə bağlı reytinq cədvəlində ən gənc milyarder xanımı kimi tarixə düşüb. O bu kapitalı öz şəxsi səyi hesabına qazanıb. Model və bloger olan Keylinin sosial şəbəkələrdə 270 milyon izləyicisi var və bunun əsasında da sosial şəbəkədə "Kylie Cosmetics" brendini yaradıb. O ötən payızda  600 milyon dollar həcmində dəyərləndiirlən səhmlərinin 51 faizini kosmetika sahəsi üzrə nəhng şirkət olan  "Coty"-ə satıb. Ekspertlər onun varidatını 1,2 milrd dollar həcmində dəyərləndirir. Qeyd edək ki, may ayında Forbes onu milyarderlər titulundan silib. Buna da səbəb maliyyə maxinasiyası səbəb olub. Onun varidatını 900 milyon dollar həcmində qiymətləndiriblər.

Keylidən sonra ikinci ən gənc milyarder xanım 23 yaşlı Aleksandra Andersendir.

Aleksandra da böyük bacısı kimi vardatına görə, atasına borcludur. O atasına məxsus Fred şirkətinin 42,2 faizlik səhminə sahibidir.

Böyük bacısı Katarinadan fərqli olaraq Aleksandra bizneslə məşğul olmaq niyyəti yoxdur. O öz həyatını at idmanına həsr etmək niyyətindədir. Aleksandra at idmanı üzrə üçqat Norveç çempionudur.

Aleksandranın 24 yaşlı bacısı Katarina Anderson da dünyanın ən varlı gənc xanımları siyahısında yer alıb.Foto: Forbes

Katarinanın varidatı 1,2 milyard dollar həcmində hesablanır. O da atasının sahib olduğu Fred şirkətinin 42,2 faizlik səhminə sahibdir. Katarina it tərbiyə etməyi, xizək sürməyi,  dəbdəbəli gecələr eçirməyi, şopinq etməyi çox sevir. Məsələn 2017-ci ildə alkoqolu avtomobil idarə etdiyinə  Katarina 30,4 min dollar cərimələnib.

Naşir milyarder Xyubert  Burda və aktrisa Marin Furtvenqlerin  28 yaşlı qızı Elizabet Furtvenqlerin varidatı 1,3 milyard dollar həcmində dəyərləndirilir.

O atasının sahib olduğu  "Burda Media Group"un 25 faizlik səhminə  sahibdir. 28 yaşlı Elizabet "Burda Media Group"un Direktorlar Şurasının üzvüdür.  Buna baxmayaraq biznes Elizabeti o qədər də cəlb etmir. O əsasən  Lisa Fon   adı ilə mahnılar yazıb ifa edir. Elizabet musiqi karyerasınadək  Kembricdə  musiqi tarixini öyrənib.