“Space”in yayımı 3 saat dayandırılacaq


Digərləri 04 Avq 2020 18:32:00 199 0

“Space”in yayımı 3 saat dayandırılacaq

Milli Televiziya və Radio Şurasının videoformatda iclası keçirilib.

Son.az xəbər verir ki, iclasda 20 - 31 iyul 2020-ci il tarixlərində ümum-ölkə televiziya kanallarının monitorinqinin nəticələri müzakirə olunub.

23 iyul 2020-ci il tarixdə "Space" televiziya kanalının efirində saat 19.00 - 20.00 arası müddətdə 20 dəqiqə 48 saniyə reklam yayımlanması ilə "Televiziya və radio yayımı haqqında" Azərbaycan Respublikasının Qanununun 35.7-ci maddəsinin tələbləri pozulub.

Şura həmin Qanunun 23.1-ci maddəsini rəhbər tutaraq "Space" televiziya kanalının efirində 10 avqust 2020-ci il tarixdə proqramların yayımının 3 saatlıq müddətədək (saat 08:00-dan saat 11:00-dək) dayandırılması haqqında qərar qəbul edib.

Son.az