İngiltərə xəstəxanalarında YENİIİK


Dünya 04 Avq 2020 18:27:00 185 0

İngiltərə xəstəxanalarında YENİIİK

İngiltərə xəstəxanalarında koronavirusu qripdən ayıracaq və 90 dəqiqə ərzində nəticə verəcək yeni testlər tətbiq olunacaq.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, gələn həftədən tətbiq ediləcək testlər baxım evlərində və laboratoriyalarda sınaqdan keçiriləcək.

Səlahiyyətlilər bu testlərin qış aylarında koronavirusu ümumi mövsümi qripdən fərqləndirmək üçün faydalı olacağını söyləyiblər.

Səhiyyə katibi Met Hankok yeni tətbiq olunacaq testlərin, xəstəliyin sürətlə yayılmasının qarşısının alınmasında yardımçı olacağını bildirib.