Virus qorxusuyla qapıda çıxarılan ayaqqabı yoxa çıxır


Dünya 04 Avq 2020 17:31:00 160 0

Virus qorxusuyla qapıda çıxarılan ayaqqabı yoxa çıxır

İstanbul şəhərinin Beylikdüzü rayonunda yeni növ koronavirus qorxusu səbəbiylə vətəndaşların ayaqqabılarını qapı önündə çıxartmasını fürsət bilən şəxs, telefonla danışır kimi edib ayaqqabıları oğurlayıb.

Son.az İHA-ya istinadən xəbər verir ki, oğurluq anları təhlükəsizlik kamerası tərəfindən qeydə alınıb.

Hadisə dünən baş verib. Vətəndaşların qapı önünə qoyduğu ayaqqabıları oğurlayan şübhəli polislər tərəfindən axtarılır.

Bu da oğurluq anı:

Məhəmməd Vaqif Son.az