Rabitə Nazirliyi yeni texnologiyalar tətbiq edir


Digərləri 04 Avq 2020 17:12:00 183 0

Rabitə Nazirliyi yeni texnologiyalar tətbiq edir

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi "Aztelekom" MMC regionlarda genişzolaqlı internetin əhatə dairəsinin genişləndirilməsi və keyfiyyətinin yüksəldilməsi məqsədi ilə şəbəkə infrastrukturu layihəsi hazırlayıb.

Son.az xəbər verir ki, bu barədə Trend-ə nazirlikdən bildiriblər.

İlkin mərhələdə dörd regionda - Gəncə, Sumqayıt, Abşeron və Masallıda ən yeni GPON (Gigabit Passive Optical Network) texnologiyasından istifadə olunmaqla infrastruktur rekonstruksiya ediləcək:

"Bu işlər başa çatdıqdan sonra növbəti mərhələdə bu texnologiyanın digər regionlarda quraşdırılmasına başlanacaq".