Ultrabənövşəyi şüalar səthə düşən virusu məhv edir?


Digərləri 04 Avq 2020 16:54:00 170 0

Ultrabənövşəyi şüalar səthə düşən virusu məhv edir?

"Dəniz suyunda COVID-19 ilə yoluxma mümkün deyil, əksinə duz və dəniz suyu viral yükü azaltmağa kömək edir".

Son.az xəbər verir ki, bunu Trend-ə tibb üzrə fəlsəfə doktoru Yazgül Abdiyeva deyib.

Onun sözlərinə görə, duzlu bir mühitdə yaşaya bilməyən bir çox mikroorqanizm var. Dəniz suyunun kimyəvi prosesləri duzların konsentrasiyası ilə əlaqəli yüksək ion gücü, habelə yüksək natrium və xlorid ionları ilə müəyyən edilir. Buna görə də virusların çox ailəsi dənizdə yaşamır. Çimərlikdə koronavirusun yayılmasını çətinləşdirən əsas amil Günəş, dəniz qumunun duzluluğu və səthidir. Ultrabənövşəyi şüalar dəniz duzunun qalıqları səthə düşən virusu məhv edir".

Sağlamlıq üçün təmiz hava və D vitaminin qəbul edilməsini olduqca vacib sayan Y.Abdiyeva avqust ayı ərzində insanları çimərliklərdən istifadə etməklə orqanizmlərini gücləndirməyi tövsiyə edib.

Vətəndaşların çimərliklərdən istifadə edə bilməsi barədə qərarın çox da gec verilmədiyini deyən alim qeyd edib ki, insanlar avqust ayının qarşıdakı günləri ərzində çimərliklərə gedə bilərlər. İki həftə ərzində çimərliklərə getmək orqanizmin güclənməsində xüsusi rol oynaya bilər.

Çimərliklərdə məsafə gözləyərək istirahət etməyi məsləhət görən mütəxəssis qeyd edib ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın apardığı işlər nəticəsində çimərliklər qaydaya salınaraq, insanların onlardan rahat istifadə edə bilməsi üçün şərait yaradılıb: