Norveçdə kruiz laynerinin sərnişinləri koronavirusa yoluxub


Dünya 04 Avq 2020 16:16:00 144 0

Norveçdə kruiz laynerinin sərnişinləri koronavirusa yoluxub

Norveçin "Ruald Amundsen" kruiz laynerində səfər etmiş azı 41 nəfər koronavirusa yoluxub.

Son.az Trend-ə istinadən xəbər verir ki, layner kruiz səfərindən sonra ötən həftə sonu Norveçin Tromsö şəhərində limana daxil olub.

Gəmidə 187 sərnişin və heyət üzvü olub. Onlara sahilə çıxdıqdan sonra 10 gün müddətində özünütəcrid rejiminə əməl etmək tövsiyə olunub.

Virusa yoluxanlardan 4 nəfəri xəstəxanaya yerləşdirilib, digərləri isə karantinə alınıb.