Almaniyada koronavirus pandemiyasının ikinci dalğası başlayıb


Dünya 04 Avq 2020 15:37:00 136 0

Almaniyada koronavirus pandemiyasının ikinci dalğası başlayıb

Almaniyada koronavirus pandemiyasının ikinci dalğası artıq başlayıb.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu Almaniya Həkimlər İttifaqının rəhbəri Zuzanne Yona deyib.

O bildirib ki, ikinci dalğa öz miqyasına görə birinci epidemiyadan kifayət qədər zəifdir və ölkənin xəstəxanaları yeni xəstələrin qəbuluna hazırdır.

Almaniyada koronavirusun birinci dalğasında pik nöqtə mart-aprel aylarına təsadüf edib.

Qeyd edək ki, bu günədək ölkədə 212 mindən çox şəxs koronavirusa yoluxub, 9 232 nəfər həyatını itirib.

Son iki həftə ərzində gündəlik yoluxma min nəfərə yaxın olub. İyulun əvvəlində isə bu göstərici 500-ü keçmirdi.