Tramp ABŞ tarixinin ən böyük səhvini açıqladı


Dünya 04 Avq 2020 13:25:00 155 0

Tramp ABŞ tarixinin ən böyük səhvini açıqladı

Yaxın Şərq regionuna qoşunlarını göndərməsi ABŞ tarixinin ən böyük səhvi idi.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu ölkə Prezidenti Donald Tramp öz müsahibəsində deyib.

O, öz fəaliyyəti dövründə digər ABŞ prezidentlərinin edə bilmədiyini etdiyini bəyan edib:

"Biz İŞİD-i 100 faiz məhv etdik, biz Süleymanini, əl-Bağdadini zərərsizləşdirdik. Mən digər prezidentlərin edə bilmədiyini etdim. Onlar, ümumiyyətlə, Yaxın Şərqə gəlməməli idilər. Yaxın Şərqə qoşun göndərmək və bu regionun işlərinə müdaxilə etmək qərarı ölkəmizin tarixinin ən böyük səhvidir".