Qrup şəklində ziyarətgaha gedənlər cərimələndilər
Digərləri 04 Avq 2020 12:41:00 162 0
İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən karantin rejiminin qayda və tələblərinə riayət edilməsi məqsədilə keçirilən tədbirlər zamanı bir qrup şəxsin toplaşaraq rayon ərazisində yerləşən ziyarətgaha getməsi müəyyən edilib.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Son.az-a verilən məlumata görə, 20 nəfər karantin qaydalarını pozduqları üçün Polis Şöbəsinə dəvət olunub.
Orada olan 19 nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi protokol tərtib edilərək, cərimə olunublar.
Mənbə: milli.az