Ermənistan Azərbaycana niyə hücum etdi?


Siyasət 04 Avq 2020 12:13:24 177 0

Ermənistan Azərbaycana niyə hücum etdi?

Azərbaycanla Ermənistan arasındakı sərhəd yenə dünyanın diqqət mərkəzindədir. Səbəb - iyul ayının ortalarında orada yenidən atışmanın olmasıdır. Bu dəfə sərt qarşıdurma və amansız atışmalar Azərbaycanın strateji önəm daşıyan Tovuz rayonunda, şimal-qərb sərhədində oldu. O məkanda ki, Ermənistanın işğal etdiyi Dağlıq Qarabağdan çox aralıdadır.

Türkiyənin "Daily Sabah" qəzetinin əməkdaşı, tanınmış türk jurnalist Yəhya Bostanın "Ermənistan Azərbaycana niyə hücum etdi?" (Why did Armenia attack Azerbaijan?) məqaləsi belə başlanır.

Yazını təqdim edirik:

"Azərbaycanın enerjidaşıyıcılarını dünya bazarlarına çıxaran bəzi marşrutlar sərhəd boyu hərbi mövqelərin və yaşayış məntəqələrinin Ermənistan tərəfdən atəşə məruz qaldığı Tovuz rayonundan keçir. Ermənistanın hücumunun qarşısının alınması zamanı 12 azərbaycanlı - 11 hərbçi və bir mülki şəxs - həlak oldu. Ermənistanın itkiləri dəqiq bilinmir, çünki rəsmi İrəvan hələ də bu barədə rəsmi məlumat verməyib.

Dağlıq Qarabağın erməni işğalında olması Azərbaycanla Ermənistan arasındakı böhranın mərkəzindədir. Faydalı empirik qayda tarixdə istənilər hərbi qarşıdurmanın, o cümlədən imper dövlətlərin müdaxiləsini nəzərə alınmasının ön planda olmasıdır. Dağlıq Qarabağ münaqişəsi də istisna deyil, çünki o, Rusiya imperiyasının erməniləri Azərbaycan ərazilərinə köçürməsinin nəticəsidir. Belə köç nəticəsində Dağlıq Qarabağda ermənilərin sayı 1823-cü ildəki 22 faizdən bir əsr sonra 80 faizədək artmışdı. Azərbaycanlılar isə Dağlıq Qarabağdakı ev-eşiklərindən qovulublar.

Sovetlər Birliyi dağılandan sonra xaos və ermənilərin gerçəkləşdirdikləri etnik təmizləmələr nəticəsində Azərbaycanda 1 milyondan çox qaçqın və məcburi köçkün oldu.

Sərhəddəki insidentə, Ermənistanın vəziyyəti ifrat gərginləşdirmək cəhdinə Azərbaycan qətiyyətli və sərt cavab verdi. Uzun müddətdən sonra Azərbaycanda xalq küçələrə çıxdı, Ermənistana layiqli cavab verilməsini istədi.

Azərbaycan Prezidenti İlham Əliyev belə gərgin dönəmdə iş yerində olmadığına görə XİN başçısı Elmar Məmmədyarovu vəzifəsindən kənarlaşdırdı.

Azərbaycan iradəli davrandı. Türkiyə də kənarda qalmadı, Yerevanın aqressiya aktlarına cavab olaraq sərt bəyanatlar verdi. Ermənistanın hücum cəhdinin ertəsi günü Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğan çıxışında dost və qardaş Azərbaycana Ermənistanın hücum cəhdini qətiyyətlə pislədi: "Bu hücum iki ölkə arasındakı sərhəddə baş verib. Yaşananlar Azərbaycana qəsdən, bilərəkdən hücum edildiyini göstərir. Heç şübhəsiz ki, Ermənistan öz yanlış siyasətindən əl çəkməyib".

Türkiyənin müdafiə naziri Hülusi Akar da rəsmi Bakıya türk silahlı qüvvələrinin dəstəyini vəd etdi. Ankara sonradan hərbçilərini Azərbaycana, Ermənistan sərhədlərinin yaxınlığında birgə hərbi təlimlərə yolladı.

Türkiyə son hadisələrə, sərhəddəki eskalasiyanın sonuclarına ciddi yanaşır. Ankara soruşur: çox ağır iqtisadi-maldiyyə böhranı içində olan, COVİD-19 koronavirus pandemiyası nəticəsində iqtisadiyyatı qıc olan Ermənistan nə üçün qonşusuna hücum edir, strateji önəm daşıyan Tovuz rayonunu hədəfə alır?

Analitiklər bildirirlər ki, ermənilər Dağlıq Qarabağ münaqişəsinin dinc yolla nizamlanmasına yönəlmiş danışıqlar prosesini dayandırmağa, dünya birliyinin diqqətini işğal etdiyi ərazilərdən yayındırmağa çalışır.

İstənilən halda Ermənistan rəhbərliyi ölkədəki ağır iqtisadi böhranın və bu səbəbdən yaranmış kütləvi narazılıqların öhdəsindən gələ bilmir.

Digər ekspertlər hesab edirlər ki, Ermənistan rəhbərliyi cəmiyyətdəki aqressiv, millətçi təmayülləri alovlandırmaq və bu minvalla daxili siyasi bazanı təmərküzləşdirmək, möhkəmləndirmək istəyir.

Lakin yeni döyüşlərə başlamaqla bağlı istənilən cəhd İrəvanı daha ağır vəziyyətə salacaq.

Buradan belə nəticə çıxır: Ermənistan Azərbaycana hücumla bağlı özbaşına qərar verməyib. Məhz bu səbəbdən Ərdoğanın "hücum qərarı Ermənistan sərhədlərindən kənarda verilib" açıqlaması diqqətə layiqdir.

Beləlikə, Azərbaycan-Ermənistan sərhədində niyə gərginlik yarandı?

Tovuz rayonuna hücum cəhdi daha geniş kontekstdə baxılması gərəkən hadisədir.

Bir məqam aydındır: indiki situasiya Rusiyanın regional təsirindən, Liviya və Aralıq dənizinin şərqindəki olaylardan asılı olmayaraq yaranmayıb".

Orxan Hun Son.az