Səfirliklərimzə və konsulluqlarımıza hücumlar:


Siyasət 04 Avq 2020 11:13:00 140 0

Səfirliklərimzə və konsulluqlarımıza hücumlar:

Biz beynəlxalq hüquq təşkilatlarına birmənalı olaraq erməni vandalizmini göstərməliyik, çatdırmalıyıq.

Bunu Son.az-a açıqlamasında hüquqşünas Şamil Paşayev Avropanın bir neçə ölkəsində, Amerikada və Kanadada soydaşlarımıza qarşı vandalizm hərəkətləri törədən ermənilərin kütləvi olaraq məsuliyyətə cəlb edilməsi yollarından danışarkən deyib.

O bildirib ki, ermənilər həmin ölkədə törətdikləri əmələ görə məsuliyyətə cəlb olunmasalar, Azərbaycan Respubklikasında cinayət məsuyliyyətinə cəlb oluna bilərlər:

"Bizim Dövlət Təhlükəsizlik Xidməti və prokurorluğa bu məsələdə xüsusi iş düşür. Hesab edirəm ki, prokurorluq, Xarici İşlər Nazirliyi fəaliyyət göstərməlidir ki, həmin şəxslər məsuliyyətə cəlb olunsunlar. Biz həmin şəxslərin xaricdə məsuliyyətə cəlb edilməsinə nail olmalıyıq. Həmin şəxslər xaricdə məsuliyyətə cəlb olunmadığı təqdirdə Azərbaycan Respublikasının Cinayət Məcəlləsində birmənalı göstərilir ki, Azərbaycan Respublikasının vətəndaşı xarici ölkədə işgəncəyə məruz qalarsa, döyülərsə, ona qarşı cinayət hadisəsi baş verərsə, həmin ölkədə məsuliyyətə cəlb olunmasa, həmin əməl Azərbaycanda da cinayət hesab olunursa, o, Azərbaycan Respubklikasında cinayət məsuyliyyətinə cəlb oluna bilər".

Hüquqşünas qeyd edib ki, dinc azərbaycanlı nümayişçilərə törədilən cinayətin arxasında birbaşa Ermənistan hökümətinin dayandığını beynəlxalq ictimaiyyətə çatdırmağa nail olmalıyıq:

"Bizim DTX, Xarici Kəşfiyyat Xidmətinə əməliyyat tapşırığı verilməlidir. Həmin şəxslərin kimliyi təsbit olunmalıdır, həmin şəxslərlə bağlı Beynəlxalq Axtarış (İnterpol) verilməlidir, həmin şəxslər Azərbaycanın təmsilçilik orqanları - Səfirliklərə, Konsulluqlara etdikləri hücumlar birmənalı olaraq dayandıırılmalıdır və bununla bağlı cinayət işlərinin açılmasına biz həmin ölkələrdə nail olmalıyıq. Bunu bacarmasaq belə, öz ölkəmizdə cinayət işinin açılmasına başlamalıyıq və həmin şəxslərin Azərbaycanda məsuliyyətə cəlb olunmasını təmin etməliyik. Bunun üçün bizə dünyanın inandığı istintaq orqanı formalaşdırmaq, dünyanın inandığı müstəqil məhkəmə orqanı formalaşdırmaq lazımdır. Və bundan sonra İnterpol vasitəsilə həmin şəxslərin saxlanılıb, Azərbaycana gətirilməsini təmin etmək olar.

Ermənilər tətəfindən Los Ancelesdə, Brüsseldə, Kanadada, Kiyevdə soydaşlarımıza qarşı təşkil edilən hücumlar Ermənistan dövləti tərəfindən dəstəklənir və peşəkar şəkildə təşkil olunmuş vandalizm hərəkətləridir. Dinc azərbaycanlı nümayişçilərə qarşı vandalizm hərəkətlərini törədənlərin Ermənistan dövləti ilə birbaşa əlaqədə olduqlarını və bu cinayətin arxasında birbaşa Ermənistan hökümətinin dayandığını biz beynəlxalq ictimaiyyətə çatdırmağa nail olmalıyıq".

Təhməz Təkin Son.az