Gəncədə kişi arvadına 3 bıçaq zərbəsi vurdu


Digərləri 04 Avq 2020 10:40:00 171 0

Gəncədə kişi arvadına 3 bıçaq zərbəsi vurdu

Gəncədə Xalça Kombinatının yataqxanasında həyat yoldaşını bıçaqlayan şəxs tutulub.

Son.az APA-ya istinadən xəbər verir ki, hadisəni törətməkdə təqsirli bilinən şəhər sakini, 1956-cı il təvəllüdlü Həsənov İlham Müzəffər oğlu polis tərəfindən saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, məlum hadisə avqustun 3-də Gəncə şəhərində yerləşən Xalça Kombinatının yataqxanasında qeydə alınıb.

1964-cü il təvəllüdlü İbrahimova Zərəfşan Eldar qızı 3 bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Dərhal qadın əməliyyat olunub, vəziyyətinin kafi olduğu bildirilir.

İlkin məlumata görə, qadın ailə münaqişəsi zəminində həyat yoldaşı tərəfindən bıçaqlanıb. 

Faktla bağlı araşdırma aparılır.