Sahildə üzgəcləri və kürkü olan naməlum heyvanın qalıqları tapıldı FOTO


Dünya 04 Avq 2020 10:23:00 151 0

Sahildə üzgəcləri və kürkü olan naməlum heyvanın qalıqları tapıldı  FOTO

Dəniz sahilində tapılan dörd metrlik naməlum heyvan görüntüsü ilə hər kəsi heyrətə gətirib.

Son.az oxu.az-a istinadən xəbər verir ki, iri əzələli heyvana aid olduğu düşünülən qalıqların fotolarını "Liverpool Echo" yayımlayıb.

Britaniyanın Mersisayd qraflığının Sautport şəhərində çimərlikdə tapılan heyvana xüsusi qəribəlik verən isə onun dörd üzgəcli və kürklü omasıdır.

Sosial şəbəkələrdə heyvanın cinsi ilə bağlı böyük müzakirələr başlayıb. Ancaq yekun bir nəticəyə gəlinməyib.