Niyə test verib xaricə getmək mümkündür, rayonlara yox?


Digərləri 04 Avq 2020 10:29:00 161 0

Niyə test verib xaricə getmək mümkündür, rayonlara yox?

Rayonlara getmək məsələsində başqa məqamlar var ki, biz onu da nəzərə almalıyıq.

Son.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində deyib.

O bildirib ki, epidemioloji vəziyyət nəzərə alınaraq məsələyə yenidən baxılacaq.

"Burada əsas narahatlıq doğuran məqam ondan ibarətdir ki, ölkəmizin ən böyük şəhəri olan Bakıda yoluxma rəqəmləri regionlarla müqayisədə yüksəkdir. Gediş-gəlişin bərpası yoluxma sayının artmasına gətirib çıxara bilər".

Hikmət Hacıyev jurnalistin "xaricə test verib getmək mümkün olsa da, rayonlara gediş-gəliş niyə bu üsulla bərpa olunmur?" sualına cavab olaraq bildirib ki, məsələ aidiyyəti üzrə Operativ Qərargahın alt işçi qruplarında kompleks şəkildə müzakirə edilir: