Startaplar niyə uğursuz olurlar? –


Digərləri 04 Avq 2020 08:59:00 167 0

Startaplar niyə uğursuz olurlar? –

Statistikaya görə yaranmış 10 startapdan 9-u elə ilk ildə uğursuz olur və fəaliyyətin dayandırır. Bunun bir çox səbəbi var ancaq CB Insights platforması 100 startapdan aldığı rəylərə əsaslanaraq startapların uğursuz olmasının 10 əsas səbəbini təqdim edib. HSon.az techland.az-a istinadən bildirir ki, hmin səbəblərdən 5 ən aktual və Azərbaycan ekosisteminə uyğun olanlarını isə mən öz arqumentlərimlə əsaslandıraraq sizlərə təqdim edir.

MÜŞTƏRİLƏRƏ QULAQ ASMAMAQ - Bir layihənin uğursuz olmasının ən məşhur yollarından biridir. İnadkarlıq edərək istifadəçi rəyinə məhəl qoymamaq, əksər startapları məhv edir. "Müştərilərlə az danışdıq və mükəmməl olduğunu düşündüyümüz xüsusiyyətləri məhsula əlavə etdik, amma kifayət qədər rəy almamışdıq. Bunun səhv addım olduğunu yalnı layihəmiz dağılandan sonra bildik". Bunu sorğuda iştirak edən uğursuz startaplardan birinin təsisçisi bildirib.

SƏHV MARKETİNQ - Hədəf auditoriyanı bilmək, diqqəti cəlb etmək və daha sonra onları müştərilərə çevirmək bacarığı uğurlu biznes üçün ən vacib bacarıqlardan biridir. Ancaq bir çox startap təsisçilərinin layihənin məhsul hissəsinə daha çox diqqət ayırması onu uğursuz edir. Unutmamaq lazımdır ki, internet xidmətlərinin ömrü birbaşa istifadəçilərin sayından asılıdır. İstifadəçi yoxdursa startap da yoxdur.

BİZNES MODELİN MÖVCUD OLMAMASI - Biznes model çox vacibdir. Gəliriniz yalnız bir mənbədən gəlirsə və pul qazanmağın yollarını tapa bilmirsinizsə, investorların layihənizlə maraqlanmaları çətin olacaq və səylərinizi pula çevirə bilməyəcəksiniz. Unutmayın ki, bir maliyyə mənbəsindən asılı olmaq çox təhlükəlidir.

İDEYANIN AKTUAL OLMAMASI - Startapların 42%-i qurucularının maraqlı, lakin aktual olmayan problemləri həll etməyə çalışdıqları üçün ölürlər. Əgər sizin məhsulunuzu istifadə etmirlərsə demək təqdim etdiyiniz model heç kimə lazım deyil. Bir sözlə, əgər startaplar bazardakı aktual problemləri həll etmirlərsə uğursuz olurlar.