İspaniyaya turist axını 70 faizdən çox azalıb


Dünya 04 Avq 2020 08:13:00 149 0

İspaniyaya turist axını 70 faizdən çox azalıb

Son altı ayda İspaniyaya xarici turist axını 71,7 faiz azalaraq 10.8 milyon nəfər təşkil edib.

Son.az Trend-ə istinadən bildirir ki, bu barədə ölkənin Milli statistika institutu (İNE) bildirir.

Yanvar-iyun aylarında İspaniyaya 10,8 milyon xarici səyahətçi gəlib ki, bu da bir il əvvəlki dövrdən 71,7 faiz azdır. Ən çox turist İngiltərə (2 milyon, mənfi 75.5 faiz), Fransa (1.4 milyon, mənfi 69.8 faiz) və Almaniyadan (1.3 milyon, mənfi 74.7 faiz) səfər ediblər.

İlin ilk yarısında İspaniyanın ən populyar bölgələri Kanar adaları, Kataloniya və Andalusiya olub.