Rusiyada koronavirusa qarşı vaksin avqustun ortasında satışa çıxarıla bilər


Digərləri 04 Avq 2020 07:51:00 165 0

Rusiyada koronavirusa qarşı vaksin avqustun ortasında satışa çıxarıla bilər

Rusiyanın N.F.Hamalei adına Milli Tədqiqat Mərkəzi tərəfindən hazırlanmış koronavirusa qarşı vaksin Tibbi Tətbiq olunan Vasitələrin Ekspertizası Elmi Mərkəzinə ekspertizaya təqdim edilib.

Son.az ted.az-a istinadən bildirir ki, vaksinin 10-12 avqustda qeydiyyata alınacağı gözlənilir.

Bundan əlavə, vaksin 5-7 gün ərzində Səhiyyə sahəsinə Nəzarət üzrə Federal Xidmətdə yoxlanılacaq.

Qeyd edək ki, bundan əvvəl vaksini ilk olaraq risk qrupunda olan insanların - müəllimlər, həkimlər, həmçinin 1500-dən çox könüllülərin alacağı bildirilmişdi.