Braziliyada koronavirusa daha 16 641 nəfər yoluxub


Dünya 04 Avq 2020 07:45:00 138 0

Braziliyada koronavirusa daha 16 641 nəfər yoluxub

Braziliyada ötən sutka ərzində yeni növ koronavirusa son iki aya nisbətən ən az yoluxma sayı aşkarlanıb - 16 641 nəfər.

Son.az Trend-ə istinadən bildirir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyindən bildiriblər.

Məlumata əsasən, ölkədə koronavirusa yoluxanların ümumi sayı 2 750 318 nəfərə çatıb.

Bildirilir ki, ötən sutka ərzində koronavirusdan 561 nəfər ölüb, ölənlərin ümumi sayı 94 665 nəfər təşkil edir.