Moskvada koronavirusdan ölənlərin sayı 4 510 nəfərə yüksəlib


Dünya 04 Avq 2020 07:25:00 173 0

Moskvada koronavirusdan ölənlərin sayı 4 510 nəfərə yüksəlib

Rusiyanın paytaxtı Moskvada ötən sutka ərzində yeni növ koronavirusdan daha 12 nəfər ölüb.

Son.az Trend-ə istinadən bildirir ki, bu barədə Moskvada koronavirusla əlaqəli vəziyyətin monitorinqi üzrə operativ qərargahdan bildiriblər.

Məlumatda deyilir: "Moskvada pnevmoniya diaqnozu qoyulan və koronavirus infeksiyası aşkarlanmış 12 xəstə dünyasını dəyişib".

Qeyd edək ki, ümumilikdə Moskvada koronavirusa yoluxanların sayı 243 406, ölənlərin sayı isə 4 510 nəfərə çatıb.