Azərbaycanda bitən ən şəfalı bitki: Dəvə qanqalı Köhnə kişilərin dərmanı idi


Digərləri 03 Avq 2020 22:40:00 296 0

Azərbaycanda bitən ən şəfalı bitki: Dəvə qanqalı  Köhnə kişilərin dərmanı idi

Qanqal bitkisi demək olar ki, Azərbaycanın bir çox bölgələrində xüsusilə yol kənarlarında günəşli sahələrdə yetişir.

Yaz aylarında magistral yolların kənarlarında bölgə insanları tərəfindən satılan bu bitkinin insan orqanizminə bir çox faydalarının olduğu deyilir.

Hələ qədim zamanlarda yaşlı insanlar cavanlara qanqal bitkisini yedizdirərək bu bitkinin bir çox xəstəliklərə faydalı olduğunu deyirlərmiş. Azərbaycanda köhnə kişilər elə çöldəcə bu bitkinin baş hissəsini yığıb yeyirlərmiş.

Son.az yeniavaz.com-a istinadən qanqal bitgisinin möcüzəvi faydalarını təqdim edir:

- Ən önəmli faydalarından biri qaraciyərin yenilənməsinə təsir etməsi göstərilir. Toxumaların yenilənməsində faydalı olan qanqal, qaraciyəri zərərli maddələrdən təmizləyərək yağlanmanın qarşısını alır.

- Sarılıqdan sonra insanlarda yaranan qaraciyər xəstəliklərinin müalicəsində istifadə etmək tövsüyyə olunur.

- Öd kisəsində yaranan daşlar səbəbilə ağrı çəkən xəstələrə, ağrıkəsici kimi istifadə etmək məsləhət görülür.

- Hər hansı bir səbəbdən qızdırması qalxan insanlarda temperaturun salınmasında kömək olur.

- Bədəndə yaranan sinir ağrılarının rahatlamasına müsbət təsir edir.

- Yarpaqları qaynadılaraq suyuna bal qatıb içmək malyariya xəstəliyinə faydalı ola bilər.